24 fevral 2023 11:01
546

Xocalı soyqırımı XX əsrin qanlı faciəsidir

Azərbaycan  xalqının  həyatında   XX  əsr qanlı-qadalı  hadisələrlə   doludur.  Əsrin əvvələrindən başlayan bu hadisələr əsrin sonuna kimi faciəllərlə  yada qalmışdır. Bu faciələrin kökündə  xalqımızın unutqan olmağı,  tarixinə  laqeyd  yanaşmağı,  həyatımıza  qətliamlarla  dolu  rənglər   qatmışdır. Əsrin əvvələrindən başlayan 1905- 1907- ci  illər  erməni qırğınları , ardınca baş verən 1918- ci il “31 mart soyqırımı”, onun ardınca  1948-1953- cü cü illərdə həyata keçirilmiş  “mədəni soyqırım”,  1988-ci  ildən başlayan və  bu gündə  davam edən  Ermənistan-Azərbaycan münaqişəsi  xalqımıza  ağrılı-acılı günlər  yaşatmışdır.

XIX  əsrin 30- cu illərindən sonra,  Çar Rusiyasının havadarlığı ilə bölgəyə köçürülən  erməni  aillələri  Azərbaycanın, o cümlədən Qarabağ  regionunun ən dilbər guşələrində  yerləşdirilməyə  başlanıldı. Qafqazda öz dayaqlarını möhkəmlətməyə çalışan Çar Rusiyası əlbəttdə ki, öz niyyətlərini həyata   keçirmək, verdikləri bütün tapşırıqları qeyd-şərtsiz yerinə   yetirmək üçün,  müti  təbəə axtarışında idilər  və bu axtarış nəticəsində  erməniləri kəşf etdilər. Erməni xisləti  tarixən müzakirə mövzusu olmuşdur . Onların nə qədər etibarsız, nə dərəcədə məkirli və  təhlükəli olması  tarixdən hər kəsə bəllidir.  Dünya  tarixinin ən nüfuzlu tarixi şəxsiyyətləri  bu millət   haqqında olduqca  dolğun,  ifadəli  kəlamlar  işlətmişlər. Bu tarixi şəxsiyyətlərin kəlamlarından sitatlar  gətirmək yerinə düşər.

Əmir Teymur (Fateh-hökmdar): “erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər”. 

A,S.Puşkin (Dahi rus şairi):” Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.

Aleksandr Düma (Fransız yazıçısı və səyyah):”ermənilər həmişə  başqa dinə  qulluq edən hökmdarların  hakimiyyəti  altında olmuşlar. Nəticədə öz fikir və duyğularını  gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”. 

Qraf De Şole ( Fransız səyyahı):”ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına  baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici   idi ki, mən heç vaxt onlara  bağlana bilməzdim”. 

Adam Mets (İsveç səyyahı): “Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər”.

Tatsit: “Bu xalq (erməni) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daimi romalılara nifrətdən, parfiyalılara isə  həsəddən az qala partlayırlar”.

Musa Xorenatsi: "İndi  olduğu kimi  keçmişdə də qədim hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır."

Jemçuynikov (Yazıçı): “Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”

Olqa Smurova (Yazıçı): "Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər."

Alferd  Kerte (Alman səyyahı): “Türklərlə  iş görəndə sözlə  danışmaq  kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur… Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti  yoxdur, sadəcə şərə rast gələcəksiniz.  Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir...”

Sədi Şirazi (Məşhur fars şairi): “erməni yer üzünün ilanı, insanlığın düşmənidir”. 

Vilson (İngilis səyahətçi): “ermənilər  acgöz və tamahkardır. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər”.

Onlarla  belə tarixi fakt göstərmək  olar bu xalq barəsində... Bu gün bəh-bəhlə  Fransa  və İran höküməti  ermənilərin havadarına  çevrilmişlər. Fransızlar utanmırlar və öz sələflərinin bu müdrik kəlamlarına biganə yanaşırlar. Bəs İran molla rejimi? fars ədəbiyyatının  görkəmli nümayəndəsi  Sədi Şirazinin bu müdrik  nəsihətinə   əməl etmək əvəzinə,  bu gün  molla rejimi haylara  hər cür dəstəklərini ifadə edirlər. Çünki,  onlarda ermənilərlə qaynayıb  qarışandan sonra,  onlarda  da  erməni xisləti əmələ gəlməyə  başlayıb. Türklər demişkən: “Yazıklar olsun sizə”

1992- ci ilin şaxtalı  fevral ayının 25-i axşamdan  növbəti qanlı əməllərini  həyata keçirmək üçün  ermənilər   hərəkətə keçməyə  başladılar. Həmişə olduğu kimi, bu dəfə də  ağalarının köməyi ilə,   Xankəndi  şəhərində  yerləşən keçmiş  SSR-i  366-cı motoatıcı alayının birbaşa iştirakı  ilə  dinc, əli yalın azərbaycanlılara  divan tutmağa başladılar. Qoca, uşaq, qadın demədən insanlara qarşı tarixin ən dəhşətli hadisəsini, cinayətini  törətdilər.  Bu hadisə nəticəsində  63 -ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca-qarı olmaqla  ümumilikdə  613  nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyindən isə  hələdə  məlumat  yoxdur.  Bu törədilən cinayətin bir adı var: oda” soyqırım”. Bir millət i tamamilə məhv  etmək, onun genefonduna  qənim  kəsilmək  ancaq  və ancaq erməni xislətində ola bilər. Faciənin miqyası və dəhşətləri barədə dünyanın bir çox nüfuzlu  media qurumlarında   ardıcıl məqalələr  dərc edilmiş, ermənilərin bu qanlı  əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qınanılmışdır. Vəhşiliklər haqqında  xarici mətbuatın yazdıqlarından:

Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.

Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.

Livanlı  kinooperator  təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi  Dağlıq Qarabağda qalmışdır.

Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.

R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. Onlarla belə xarici media  qurumunun məlumatlarından sitatlar gətirmək mümkündür.

1993-cü ildə  Azərbaycan Prezidenti  Heydər Əliyevin  təşəbbüsü ilə fevralın 26-sı tarixi “Xocalı soyqırımı” kimi qəbul olundu. Heydər Əliyevin 25 fevral 1997-ci ildə imzaladığı müfafiq  fərmanla hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq “sükut dəqiqəsi” elan olumuşdur.   Bundan əlavə  Bakı şəhəri  Xətai rayonu ərazisində “Xocalı soyqırımı” qurbanlarının əziz  xatirəsini əbədiləşdirmək məqsədilə “Ana  harayı” abidəsi ucaldılmışdır. Hər il fevral  ayının 26-sı  yüz minllərlə  insan bu abidəni ziyarət edərək  xatirə  qurbanlarını ehtiramla yad edir, ruhlarına  dualar edirlər.

Hazırda “Xocalı soyqırımı” nın tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan  tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya  tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi tanınır.

Xocalılar  bu gün dövlət  tərəfindən yüksək  diqqət  və qayğı ilə əhatə olunmuşdur. Prezident  İlham Əliyev tərəfindən 44 günlük  Vətən müharibəsində qazanılmış qələbə  xocalılara,  qarabağlılara və  bütöv Azərbaycan xalqına   verilmiş  ən qiymətli hədiyyədir. Tezliklə işğaldan azad edilmiş ərazilərdə  abadlıq və quruculuq işləri başa çatdıqdan sonra, digər soydaşlarımız  kimi  xocalılarda doğma yurd-yuvalarına qayıdacaqlar.

Tanrı Azərbaycanı qorusun!

Mürvət İbrahimov,
Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi