Əməkdar artist Ağalar Bayramov xəstəxanadan evə buraxılıb.
“İki sahil” xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasının direktorunun köməkçisi Günay Quluzadə deyib.
Onun sözlərinə görə, sənətçinin səhhəti qaydasındadır: “Aktyorun səhhəti normallaşıb, özünü yaxşı hiss edir”.
Qeyd edək ki, Əməkdar artist Ağalar Bayramov bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. Onun beynində qansızma var idi.