11 oktyabr 2022 12:11
672

MN: Ermənistan mülki şəxsləri hədəf alaraq Azərbaycanı döyüş meydanından çəkindirməyə çalışırdı

"Azərbaycan Ermənistan tərəfinin törətdiyi hərbi cinayətlərə, terror aktlarına döyüş meydanında cavab verib".

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini, polkovnik-leytenant, Rəşad Əhmədov deyib.

O bildirib ki, Ermənistan tərəfi mülki şəxsləri hədəf alaraq Azərbaycanda qorxu və panika yaratmaq və Azərbaycan hərbi qüvvələrini döyüş meydanından çəkindirməyə çalışırdı.

“Müharibədə taktiki üstünlüyü itirən, uduzan Ermənistan tərəfi itkilərin sayının qəbul etməmək məqsədilə hərbi cinayətlərə qol çəkdi, terror aktları törətdi. Azərbaycan tərəfi bu cinayətlərin cavabını döyüm meydanında verdi", - Müdafiə Nazirliyinin rəsmisi deyib.