07 oktyabr 2022 22:40
490

Ermənistana məxsus PUA məhv edilib- 7 OKTYABR 2020 22:40

Müdafiə Nazirliyinin məlumatı:

Oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.

Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.