03 oktyabr 2022 19:33
563

Zakir Həsənov ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında telefon danışığı olub

Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.