01 oktyabr 2022 12:51
507

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub - 1 OKTYABR, 2020, 12:51

Müdafiə Nazirliyinin məlumatı:

Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.