“Real TV” Lələtəpə yaxınlığında torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin ərazidə qurduğu beton tunellərə dair süjet hazırlayıb.
“İki sahil” xəbər verir ki, süjetdə korpus komandiri, general-mayor Mais Bərxudarov tunelin texniki göstəricilərinə dair ətraflı məlumat verib.
“Sentyabrın 27-si günün ikinci yarısında biz artıq burada idik. Ermənilər inadla bura hücum edirdilər. 150 nəfər bir, 200 nəfər bir. Onlar buradan çıxmamaq üçün bura daxil olmaq istəyirdilər. Onların içərisində olan bir tağıma qədər qüvvəni məhv etmişdik”, - deyə Mais Bərxudarov bildirib.
Həmin süjeti təqdim edirik:
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb