12 sentyabr 2022 03:00
658

Türkiyədə silahlı qarşıdurma: Azərbaycanlılar xəsarət alıblar

Türkiyədə baş verən atışma zamanı bir neçə azərbaycanlı xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisə İstanbulda qeydə alınıb. Belə ki, Sarıyer rayonunda kafedə iki qrup arasında mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib. Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.