12 sentyabr 2022 01:38
580

Ukrayna hərbçiləri İzyum Şəhər Şurası üzərində ölkə bayrağını ucaldıblar

Ukrayna silahlı qüvvələrinin əsgərləri İzyum şəhərinin (Xarkov vilayəti) mərkəzinə nəzarət edir və artıq şəhər şurasının binası üzərində ölkə bayrağını qaldırıblar.

“İki sahil” xəbər verir ki, zabit Anatoli Ştefan tviterdə İzyum şəhər şurasının yanan binasının əks olunduğu video yayıb. Vidoda görünür ki, binanın damında Ukrayna bayrağı ilə Silahlı Qüvvələrinin əsgərləri dayanıb.

Xatırladaq ki, bir neçə gündür Rusiyanın teleqram kanallarında bu ölkənin qoşunlarının İzyumdan çıxarılması ilə bağlı məlumatlar yayılıb, lakin rəsmi mənbələr hələlik şəhərin işğaldan azad olunduğunu təsdiqləməyib.