09 sentyabr 2022 21:59
629

Türkiyədə avtobus qəzasında 42 nəfər yaralanıb VİDEO

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil”  Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbulun Avcılar Şükrübey dayanacağı yaxınlığında baş verən qəzada 4 avtobus toqquşub.

İstanbul valisi Əli Yerlikaya qəzada 42 nəfərin yaralandığını açıqlayıb.

Qəza səbəbilə hadisə yerinə çoxlu sayda qruplar sövq edilib. Hadisə yerində xilasetmə işləri davam edir.