07 sentyabr 2022 16:03
573

Paşinyanın çıxışı heç kim üçün maraqlı olmadı VİDEO

Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu öz işini davam etdirir. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan da forum çərçivəsində çıxış ediblər.

“İki sahil” xəbər verir ki,  Paşinyan forumdakı çıxışı ilə növbəti dəfə gündəmə gəlib.

Belə ki, erməni teleqram kanallarında Paşinyanın forumdakı çıxışı tənqid olunub. Erməni istifadəçilər Baş nazirin rus dilində yaxşı danışmamasını məsxərəyə qoyublar. Onlar bildiriblər ki, Ermənistanın hökumət rəhbərinin çıxışı zaldakı qonaqlar və Putin üçün maraqsız olub.