01 sentyabr 2022 17:16
649

Solovyovla Puqaçova arasında qalmaqal -  Niyə qayıtdın?/VİDEO

Rusiyalı teleaparıcı Vladimir Solovyov SSRİ Xalq artisti Alla Puqaçovanın ölkəyə qayıtmasına münasibət bildirib.

“İki sahil” xəbər verir ki, aparıcı “Full contact” verilişində müğənninin bu addımını sərt tənqid edib. 

“Bütün bu şər-böhtanı niyə yenidən Rusiyaya sürükləyirsiniz? Puqaçova qayıtdı. "Rolls-Royce"un qapısını təpiklə açdı. Bizə yenidən öyrətmək üçün? Kim nə vaxt qərar verib ki, əgər kimsə bir vaxtlar böyük olubsa, onun böyüklüyü tarixin ən mühüm anlarında sükutla təsdiqlənir? Uşaqları məktəbə göndərmək üçün qayıtdınız? Həyat yoldaşının nə danışdığının fərqinə varmadın və bir söz demədin? Niyə qayıtdın? Pulunuz bitdi? Çətin ki ..." deyə, o bildirib.

Solovyovun bu çıxışına Puqaçovanın cavabı gecikməyib. O, sosial media hesabında "Volodyaya yazığım gəlir. Axı qəzəbdən və kobudluqdan partlamaq olar" sözlərini yazıb.

Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. O, bu yaxınlarda övladları ilə birgə Rusiyaya qayıdıb.