10 may 2018 23:14
1192

Ulu Öndərin 95 illiyinə həsr olunan fləşmob

Qız qalasının qarşısında Ulu Öndərin 95 illiyinə həsr olunan fləşmob

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ənənəvi olaraq silsilə tədbirlərlə qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə mayın 10-da Qız qalasının qarşısında fləşmob keçirilib. “Səma” rəqs qrupunun ifasında Azərbaycan mədəniyyətinin zənginliyini ifadə edən milli rəqs nümunələri təqdim olunub.

Ümummilli Lider həmişə milli mədəniyyət abidələrinə, ö cümlədən də qədim tarixi özündə yaşadan İçərişəhərə xüsusi qayğı ilə yanaşırdı.