31 iyul 2022 23:20
825

Türkiyədən uğurlu narkotik əməliyyatı

Türkiyənin təhülkəsizlik qüvvələri ölkənin Təkirdağ Dəniz Limanında 242 kiloqram kokain ələ keçirib.

"İki sahil" xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu tviterdə paylaşım edib. Nazir bildirib ki, polis və sahil təhlükəsizlik qüvvələri bir aya yaxın narkotik qaçaqmalçılarını birlikdə izləyiblər. Əməliyyat uğurla başa çatıb.