26 iyul 2022 09:49
724

ÇL-də 2-ci mərhələnin cavab oyunları başlayır

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

İlk oyun günündə 6 qarşılaşma keçiriləcək. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) "Şkupi"nin (Şimali Makedoniya) qonağı olacaq. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb. Görüşü zədə səbəbindən buraxan Mahir bu oyunda da iştirak edə bilməyəcək.

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları

26 iyul

19:30. AEK (Larnaka, Kipr) - "Midtüllann" (Danimarka)

İlk oyun - 1:1

21:00. "Şerif" (Moldova) - "Maribor" (Sloveniya)

İlk oyun - 0:0

21:00. "Viktoriya" (Plzen, Çexiya) - HİK (Finlandiya)

İlk oyun - 2:1

21:30. "Düdelanj" (Lüksemburq) - "Pünik" (Ermənistan)

İlk oyun - 1:0

23:00. "Şkupi" (Şimali Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 2:2

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Lüdoqorets" (Bolqarıstan)

İlk oyun - 0:3

Qol.az