Bir neçə gün əvvəl gizli şəkildə nikah masasına oturan müğənni Cennifer Lopes və aktyor Ben Afflek dəbdəbəli toy edəcək.
“İki sahil” xəbər verir ki, bu haqda ingilis mediası məlumat yayıb. Bildirilib ki, cütlük Las-Veqasda sadəcə ikisinin yer aldığı bir mərasimlə kilsədə münasibətlərini rəsmiləşdirməklə kifayətlənməyəcək.
Cey Lo və Ben Affleck ailəsi və dostları üçün möhtəşəm bir ziyafət təşkil etmək istəyir. Məclis Nyu-Yorkda.
Cennifer hələ ki, bal ayı haqda düşünmədiyini bildirib: "Hər gün Benin yanında olmaq mənim üçün əsl bal ayıdır".