19 iyul 2022 08:51
724

Somalidə sərt eniş edən sərnişin təyyarəsi parçalanaraq yandı

“Jubba Airways”ə məxsus sərnişin təyyarəsi Somalinin paytaxtı Moqadişu hava limanına enərkən çətinlik yaşayıb.

İlkin məlumatlara görə, təyyarədə olanların hamısı xilas edilib.

Lakin təyyarə özü parçalanaraq yanıb. Onun artıq söndürüldüyü bildirilib.

Oxu.Az