Ukrayna müdafiəçiləri son sutka ərzində Ukraynanın cənubunda 47 rus hərbçisini, həmçinin xeyli sayda hərbi texnikanı, o cümlədən 8 haubitsanı məhv ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı feysbukda yazıb.
"Bizim iki hücum təyyarəmiz ötən sutka ərzində iki dəfə düşmənin Su-35 döyüş təyyarəsi və "hava-hava" tipli raketlərlə Xerson rayonu üzərində hücuma məruz qalıb. Bununla belə, heç bir itki verilməyib. Əvəzində hücum təyyarəmiz iki dəfə zərbə endirməyə nail olub. Novohrihorivka və Davydiv Brid bölgələrində düşmənin şəxsi heyəti və texnikası cəmləşib”, - məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, Rusiyanın iki “Ka-52” helikopterlərindən Ukrayna Silahlı Qüvvələrinin Kaxovka rayonu ərazisindəki mövqelərinə atəş açmağa cəhd edib. Buna baxmayaraq, cəhd uğursuz alınıb, ukraynalı müdafiəçilər arasında itki qeydə alınmayıb.
Bildirilib ki, Rusiya ordusunun son sutka ərzində 47 əsgəri, 6 Msta-B haubitsası, iki 122 mm-lik haubitsası, bir T-62 tankı, 8 ədəd zirehli texnikası və 14 texnikası məhv edilib.