İngilis Uilliam Baklend Çarlz Darvinlə birlikdə vəhşi təbiəti fəal şəkildə öyrənən və çox səyahət edən parlaq bir alim idi. O, sürünən dinozavrları kəşf edən və ilk dəfə meqalozavrı təsvir edən insan kimi tarixə düşüb. Onu "hər şeyi yeyə bilən adam" kimi də tanıyırdılar.
Müasirləri qeyd edirlər ki, Baklendin tədqiqat marağına heç nə mane ola bilməzdi - o, sözün əsl mənasında rastlaşdığı bütün faunanı sınaqdan keçirmişdi: bala pantera, siçan, kenquru, dəniz şlakları, timsah. İndi bütün növ heyvanları yeməyə meyl "zoofagiya" adlanır, lakin 19-cu əsrdə bu, yalnız zooloqlar arasında dəbdə olan bir hobbi idi.
Baklendin daddığı ən xoşagəlməz dad köstəbəklər və milçəklər idi. Alimin öz ifadəsinə görə, onun dadbilmə orqanları sadəcə olaraq belə yeməyi qəbul etməkdən imtina edib. Ən qeyri-adi yemək isə mumiyalanmış ürəyin qonaqlara nümayiş etdirildiyi sosial tədbirdə Baklendin dişlədiyi Kral XIV Lüdovikin ürəyinin bir parçası idi.
Geniş kulinariya siyahısına kralın ürəyini əlavə etməklə, Baklend öz reputasiyasını tam doğrultdu - o, həqiqətən hər şeyi yeyə biləcəyini sübut etdi.
Nubar Süleymanova, “İki sahil”
https://billionnews.ru/12412-chelovek-kotoryy-mog-sest-chto-ugodno.html