13 iyul 2022 23:29
911

Bununla yorğunluğu aradan qaldıra bilərsiniz

Ofis şəraitində çalışan hər bir şəxs xroniki yorğunluqdan əziyyət çəkir. Bunun üçün fitoterapiyadan istifadə etmək məsləhətdir.

"İki sahil" xarici mətbuata istinadən yorğunluq problemini aradan qaldıracaq üsulları təqdim edir:

Aşağıdakıları hər gün təkrarlamaq yorğunluğu aradan qaldıracaq:

· Gündə 1 dəfə içərisinə limon şirəsi tökülmüş və 1 xörək qaşığı bal qatılmış su için.

· Hər səhər ən az 20 dəqiqə təmiz havada gəzin.

· Hər axşam yatmazdan əvvəl 1 stəkan isti süd için.

· Həftədə 3 dəfə içərisinə dəniz duzu tökülmüş su ilə vanna edin.

· Pişikotu dəmləyib, gündə 2 dəfə için.