13 iyul 2022 08:37
864

Məşhur aktyor “Teşkilat”dan ayrıldı

Türkiyənin məşhur aktyoru Çağlar Ərtoğrul ölkənin reytinqli serialı “Teşkilat”dan ayrılır.

“İki sahil” xəbər verir ki, ötən ay sezon finalına ayrılan serialda Mesut Akusta, Ezgi Şenler, Ezgi Eyüboğlu,Tuncer Salman, Nihat Altınkaya kimi aktyorlar yer alır.

Çağlar Ərtoğrul “Twitter”də serialdan ayrılma xəbəri ilə bağlı açıqlama verərək bildirib ki, bu xəbəri “YouTube” videosu çəkərək vermək istəyib, lakin xəbər ondan əvvəl yayılıb.