Tuareqlər Əlcəzair, Mali, Nigeriya arasındakı geniş bölgədə məskən salan ən çox saylı, döyüşkən, eyni zamanda matriarxat xaldırlar. Burada qadın həyatda aparıcı qüvvə olduğu kimi, son söz də onundur. Qəbilədə bütün əsas işlərini zərif cinsdən olanlar görür, dünyaya gələn uşaqlar da ananın soyadını daşıyır. Ailə həyatı qurmağa gələndə nikah qızların istəyi əsasında olur. Daha bir maraqlı cəhət odur ki, oğlan tuareq qızla evlənmək istəyəndə mütləq ona sevgi şerini həsr etməlidir. Şer xanımın xoşuna gəlsə, oğlana ərə getməyə razılıq verir. Şersiz subaylığın daşını atmaq burada qeyri-mümkündür.
İndi bəziləri elə düşünərlər ki, tuareqli kişilər arvadan qorxaqdırlar. Əksinə, onlar bütün Afrikada ən cəsur, amansız, döyüşkən insan olaraq yaxşı ad qoymuşlar. Matriarxat isə bu xalq üçün ululardan qalma adətdir, ona əməl etməyi müqəddəslik sayırlar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü