07 iyul 2022 23:45
1090

Dünya 5 saniyə oksigensiz qalsa bilirsiniz nə olar?

Oksigen insanın həyat mənbəyidir. İnsan həyatını təmin etmək üçün lazım olan hüceyrədaxili enerjinin əsas katalizatorudur. Biz oksigeni nəfəslə alırıq və karbon qazını xaric edirik. Bəs heç düşünmüsünüzmü ki, dünya cəmi beş saniyə ərzində oksigensiz qalsa nə baş verər? Əgər dünya beş saniyə ərzində oksigensiz qalsaydı, Yer kürəsi həyat üçün son dərəcə təhlükəli bir yerə çevrilərdi. Biz nə edərdik? Nəfəsimizi beş saniyə saxlaya bilərikmi? Oksigen itkisi ətraf mühitə necə təsir edər?

“İki sahil” “allknow.ru” saytına istinadən sizə dünya beş saniyə ərzində oksigensiz qalarsa nə baş verəcəyini söyləməsindən əvvəl bunun nə qədər gözəl olduğunu hiss etmək üçün dərindən nəfəs alın və nəhayət, dünya 5 saniyə oksigensiz qalsa bilirsinizmi nə olar?

Çimərlikdəki bütün insanlar dərhal yanarlar.

Əksedici hissəciklərin sayı kəskin azaldığına görə səma çox qaralar, az qala qara rəngdə olar.

İzolyasiya materialının təbəqəsi ilə örtülməyən metal hissələr torpağa yapışardı. Çünki metal hissələrin bir-birinə yapışmamasını təmin edən yeganə şey oksidləşmiş təbəqədir.

Yerin qabığı çatlamağa başlayar.

Atmosfer təzyiqinin təxminən 21 %-i itirildiyi üçün insanların və heyvanların daxili qulağı partlayar.

Oksigen olmasaydı, yanğın olmazdı və nəqliyyat vasitələrimizdə yanma prosesi dayanardı. Bu halda elektrikdən başqa istənilən nəqliyyat növü dərhal sıradan çıxacaq. Səmada yüksək uçan təyyarələr yerə düşər, milyonlarla benzin və dizellə işləyən avtomobil yollarda dayanar.

Betondan tikilmiş bütün binalar toza çevriləcək, çünki oksigen betonda mühüm bağlayıcıdır.

Suyun üçdə biri oksigendir. Əgər orada olmasa, hidrogen qaz halına gələcək və həcmcə genişlənəcək.

Okeanlar buxarlanaraq kosmosa “sızacaq”.

Oksigen olmadan hidrogen yuxarı troposferə qalxacaq və nəticədə kosmosda bitəcək.

Bəs Yer üzərində iki dəfə çox oksigen olsaydı nə olardı?

Kağız təyyarələr daha uzağa uçardı.

Avtomobilə eyni məsafəni qət etmək üçün daha az benzin lazım olardı.

İnsanlar özlərini daha xoşbəxt və gümrah hiss edərdilər.

Əlavə oksigen bizim  qabiliyyətlərimizi, sayıqlığımızı və fiziki rifahımızı yaxşılaşdırardı.

Yer üzündə nəhəng həşəratlar peyda olacaqdı. Çünki bir həşəratların bədəninin ölçüsü atmosferdəki oksigen nisbəti ilə müəyyən edilir.

Nubar Süleymanova, “İki sahil”