07 iyul 2022 20:58
1202

Nyuton da evdə yox imiş...

Dünya şöhrətli dahi alim Nyutonun həyatında maraqlı əhvalatlar  çoxdur. Elə onun əbədiyaşar  olmasında bunlarında bir qədər rolu vardır.  Nyuton elmlə məşğul olarkən  insanlar onu narahat  etməsin deyə, olduğu  otağın qapısının üstündə  böyük hərflərlə yazılmış “ NYUTON EVDƏ YOXDUR” yazısını asır.

Bir gün Nyuton evdən çıxıb  uzaq bir səfərə gedir.  Evə qayıdanda həmin yazı gözünə sataşır. Alim özü Nyuton olduğunu unudub, həyəcanlı halda deyir: “Bu qədər yolu əziyyət çəkib gəldim, Nyuton da evdə yox imiş...”

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü