Ana olmaq qadınları cavanlaşdırır. Mütəxəssislər bu fikrə apardığı təcrübələr əsasında gəliblər. Otuz beş yaşından sonra uşaq dünyaya gətirən qadın yaşından daha çox cavan görünür. Bu da ondan irəli gəlir ki, hamiləlik dövründə qadın orqanizmi əvvəlki vaxtdan artıq hormon ifraz edir, bu hormonlar xarici görkəmə müsbət təsir göstərir. Həmçinin hamilə və uşaq əmizdirən analar gözəl profilaktika olunurlar.
Hamiləlik həm də qadınların sağlamlığını qoruyur. Mənim yaşadığım cənub bölgəsi buna gözəl nümunə ola bilər. Burada çox uşaqlı analar üstünlük təşkil edir. Belə ki, çoxuşaqlı analarda onkoloji xəstəliklərə nadir hallarda rast gəlinir.
Mütəxəssislər deyirlər ki, ilk hamiləliyi ləngitmək olmaz. O da məlum olub ki, iyirmi beş yaşdan sonra hamilə qalmaq qadın orqanizmi üçün daha əhəmiyyətlidir. Uşağın dünyaya gəlməsi həm də ailə daxilində mübahisələrə, xəyanətə son qoyur. Necə deyərlər, çəkişmələr yox olur, məhəbbət yenidən qayıdır, həyat körpə səsi ilə öz axarına düşür.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü