04 iyul 2022 19:11
952

“Disney” Mikki Mausla vidalaşır?

"Disney" studiyası 95 illik müəlliflik hüququ üzrə müqavilənin başa çatdığına görə Mikki Maus üzərində müstəsna hüquqlarını itirə bilər.

“İki sahil” xəbər verir ki, dünyaca məşhur siçan cizgi personajı 1928-ci il oktyabrın 1-də yaradılıb.

"Disney" hələ 1998-ci ildə onunla sağollaşmalı idi. Lakin o zaman müəllif hüquqlarının müddəti 2024-cü ilədək uzadılıb.