Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında yeni görüntülərini yayımlayıb.
“İki sahil” xəbər verir ki, paylaşımında A.Kazımova “Mənim dünyam, mənim dostlarım! Sizin uğurlarınız mənim də uğurumdur” sözlərini qeyd edib.
Onun paylaşımı izləyiciləri tərəfindən bəyənilib.
Rəylərin birində qeyd olunub: “Qəşəngsiniz...Hər insanın bu həyatda bir missiyası var. Siz bu dünyaya gözəllik üçün gəlmisiz. Səhnədə heç kim Aygün Kazımova olmuyacaq. Bir başqasız.”