02 iyul 2022 00:28
1044

Tarixə məlum olan ən təhlükəli yemək və içki təcrübələri

Alimlər hazırda eksperimentlər aparmaq üçün əsasən, laboratoriya siçovullarından istifadə edirlər və əksər təcrübələrin nəticələri artıq məlum olan məlumatlardan istifadə edilərək əvvəlcədən proqnozlaşdırıla bilir. Əvvəllər isə tədqiqatçılar öz həyatlarını və ya digər insanların həyatını riskə atırdılar və təcrübələr belə aparılırdı, məsələn, yalnız düyü yemək mümkündürmü və ya gün ərzində təkcə qəhvə və ya çay içsəniz nə baş verə bilər? “İki sahil” “VseZnaesh.ru” portalına istinadən  aşağıda tarixə məlum olan dörd ən qəribə və təhlükəli qida təcrübəsi haqqında məlumat verəcək:

Radioaktiv yulaf əzməsi

Keçən əsrin ortalarında səhər yeməyi sıyıqları istehsalı ilə məşğul olan “Quaker Oats Co” şirkəti Massaçusets Universitetinin işçilərindən məhsullarının bədən daxilində necə “davrandığını” öyrənmələrini istədi. Həzm prosesini müşahidə etməyi asanlaşdırmaq üçün tədqiqatçılar dənli bitkilərə bir qədər dəmir və kalsium əlavə etmək qərarına gəldilər, lakin sadə formada deyil, radioaktiv. Eksperimentdə müxtəlif ağır xəstəlikləri olan 100-ə yaxın kimsəsiz uşaq iştirak etdi. Tədqiqatın sonunda onların vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdi, çünki onların əksəriyyətində şüa xəstəliyi inkişaf etməyə başlamışdı.

ABŞ-da vicdansız alimlərin zərərli eksperimentlərindən təsirlənən başqa uşaqlar da var idi. Məsələn, bir dəfə serebral iflicli xəstələrdə gedən proseslərin öyrənilməsi üçün internat məktəbinin şagirdlərinə radiasiyalı süd verilirdi, yenə də hamısı elm naminə! Massaçusets Texnologiya İnstitutu və “Quaker Oats Co.” 1940-50-ci illərdə qidalarının orqanizm tərəfindən necə mənimsənilməsini müəyyən etmək üçün elmi təcrübənin bir hissəsi olaraq, radioaktiv sıyıqlarla qidalanan uşaqlara 1,85 milyon dollar təzminat ödəməyə razılaşmalı oldu.

Pambıq yun, toplar, iplər...

Bir dəfə Çikaqo Universitetinin tədqiqatçısı Fredrik Helzel yalnız yeyilməz əşyalar yeyilərsə nə baş verəcəyini yoxlamaq qərarına gəlib. Onun məqsədi bu cür qidadan nə qədər kalori alacağını və onun orqanizm tərəfindən nə qədər tez xaric oluna biləcəyini öyrənmək olub. Helzelin rasionu uzun müddət quş tükləri, müxtəlif kəndirlər, qarğıdalılar, metal toplar və başqa şeylərdən ibarət idi. Tədqiqat zamanı oğlan bir ip parçasının bədəndən ən tez çıxdığını aşkar etdi- bunun üçün ona cəmi bir saat yarım vaxt lazım oldu. Ancaq ən çox Fredrik cərrahi pambığı sevirdi. Bu rasion zamanı oğlan həddindən artıq tükənmə ilə qarşılaşdı və yalnız möcüzəvi şəkildə sağ qaldı. Amma Helzel alim olmağa müvəffəq ola bilmədi, çünki orqanizmdə mikroelementlərin çatışmazlığı onun təhsildəki uğurlarına təsir etdi.

Təhlükəli pəhriz

Doktor Maks Moszkovski bir dəfə öz üzərində təhlükəli təcrübə keçirməyə qərar verdi. 200 gün ərzində o, bu pəhriz səbəbindən beriberi xəstəliyinin, başqa sözlə, beriberi B1-in meydana çıxması ehtimalını aradan qaldırmaq və ya təsdiqləmək üçün yalnız cilalanmış düyü yedi. Ürəyindəki ağrılar və qıcolmalar dözülməz hala gələndə həkim təcrübəni dayandırdı. Maks Moszkovski düz 20 ilə yaxın bu “mono-diet”in fəsadlarından xilas ola bilmədi, xüsusilə ürəyinə böyük ziyan vurmuş oldu.

Çay və ya qəhvə

18-ci əsrin sonunda İsveç kralı III Qustav nəyin daha zərərli olduğunu öyrənməyi əmr etdi - çay yoxsa qəhvə. Bunun üçün o iki kamikadzeni ömürlərinin sonuna qədər müntəzəm olaraq gündə bir neçə fincan bu içkilərdən içmək şərti ilə əfv etdi. Çay içmək tapşırılan adamın təcrübəsi “uğursuz” oldu. O, digərindən daha tez-83 yaşında dünyasını dəyişdi.

Nubar Süleymanova, “İki sahil”