Bəli, bəli, düz eşitdiniz: hazırda üzünüzdə, çox güman ki, demodeks gənələrinin koloniyası yaşayır. Çünki ətrafdan demodexoza yoluxmaq olduqca sadədir.
Kiçik demodeks gənələri məməlilərdə, xüsusən də insanlarda parazitlik edir. Onlar sebumla qidalandıqları üçün saç köklərinin yaxınlığında - qaş və kirpiklərdə, həmçinin dərinin ən yağlı bölgələrində - burun, yanaq, alın və çənədə yerləşməyə üstünlük verirlər.
Dərinin demodeksoza yoluxma riski yaşla artır. Uşaqların və gənclərin üçdə birinin, böyüklərin yarısının və yaşlıların üçdə ikisinin gənə daşıyıcıları olduğu təxmin edilir. Gənələr burun nahiyəsindəki yağlı hissə ilə saç, qaş, alının təması nəticəsində yayılır. Onlar dəri yağı ilə qidalanırlar.
Ümumilikdə, demodeks gənəsi bir neçə həftə yaşayır, bundan sonra onun cəsədi follikulun və ya yağ vəzinin içərisində parçalanır.
Demodekslərdə anus olmadığı üçün özlərində nəcis toplayırlar və onlar öldükdən sonra bu tullantılar ayrılaraq məsamələri tıxayaraq toxuma zədələnməsi (rosacea) şəklində immunitet reaksiyaya səbəb olurlar.
Əksər hallarda gənələrin olması hiss edilmir və heç bir əlamətlə müşayiət olunmur. Ancaq bəzi hallarda, adətən xəstəlik və ya stress ilə əlaqəli immunitet sisteminin depressiya vəziyyəti səbəbindən gənələrin sayı kəskin şəkildə artır.
Yetkin gənələr 0,3-0,4 mm-ə çatır. Gənə follikulu tərk edə və dəri boyunca 8-16 sm / saat sürətlə hərəkət edə bilər. Bu, əsasən gecələr baş verir, çünki işıqdan qaçmağa çalışırlar.
Gənə müayinəsi çox sadədir: qaşdan kirpik və ya tükü diqqətlə çıxarıb mikroskop altında yoxlamaq.
Nubar Süleymanova, “İki sahil”