Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayev vilayətində Ukrayna qoşunlarının mövqelərində olub və hərbçilərə mükafatlar təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə V.Zelenski feysbukda yazıb.
"Ukrayna qoşunlarının Nikolayev vilayətində cəbhə xətti. Bizim igid oğlan və qızlarımız. Onlar tam qüvvəsi ilə çalışırlar, dövlətin müdafiəsi üçün bütün səylərini göstərirlər. Mən onların gözündə Ukraynaya inam görürəm. Biz mütləq tab gətirəcəyik!".
Qeyd edək ki, Ukrayna prezidenti iyunun 18-də Nikolayev vilayətində işgüzar səfərdədir.