17 iyun 2022 00:36
1197

İnsanlar əbədi yaşaya bilərlər - Alimlər

Həyatda ölüm-dirim məsələlərinə çox elmi işlər həsr edilmişdir. Alimlər ömrü uzatmağın mümkün olub-olmadığını, müasir texnologiyanın qocalığı təxirə salmağa qadir olub-olmadığını və hətta əbədi yaşamağın mümkün olub-olmadığını mübahisə edirlər. Artıq məlum olub ki, bu mümkündür!

Alınan nəticəyə Silikon Vadisindəki “Singularity” Universitetinin tədqiqatçıları gəlib. Alim Xose Luis Kordeyro bildirib ki, insanın əbədi olaraq mövcud olmasına imkan verəcək cavanlaşdırma texnologiyaları artıq var. Bundan əlavə, o, insanların telepatik qabiliyyətlərə sahib olduğuna inanır. Bütün bunlar insanlara əbədi yaşamağa imkan verə bilər. "Bədəni gümrah vəziyyətdə saxlamaqla daha uzun yaşaya bilərik və bizim əsas məqsədimiz əbədi yaşaya bilməkdir”,-deyə Xosé Luis Cordeiro bildirib.

Futuroloq insan həyatının bioloji sərhədinin olmadığını bildirib. O hesab edir ki, gələcəkdə insanlar telepatiyadan istifadə edərək ünsiyyət qurmaq üçün unikal imkan əldə edəcəklər. “Biz telepatiyadan istifadə edərək ünsiyyət qurmağa başlayacağıq, bir beyin digəri ilə birbaşa əlaqə quracaq. Bu gün ünsiyyətimiz qeyri-kamildir, çünki şifahi nitq çox səmərəsiz texnologiyadır, mən deyərdim ki, primitivdir”, - deyə mütəxəssis bildirib.

Xose hesab edir ki, gələcəkdə süni intellektin insanı üstələyəcəyinə görə çətinliklər yarana bilər.

“Başqa bir texnologiya yoldadır - süni intellekt. İnsan səviyyəsinə qədər inkişaf edəcək, sonra onu ötüb keçəcək. Ona görə də biz süni intellektlə birləşməli olacağıq”, - deyə alim bildirib.

Nubar Süleymanova, “İki sahil”