14 iyun 2022 15:50
688

Xarkovda Rusiya agenti ələ keçirilib VİDEO

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (SOF) Xarkov vilayətində Rusiya agentini ələ keçirib.

“İki sahil” xəbər verir ki,  Ukrayna təhlükəsizlik qüvvələrinin əməliyyatla bağlı görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, ələ keçirilən agent Xarkovda yerləşən Ukrayna hərbçilərinin koordinatlarını Rusiya tərəfinə sızdırırmış.