Türkiyədə "Survivor All Star" yarışmasında iştirak edən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev layihədəki qazancından danışıb.
“İki sahil” xəbər verir ki, idmançı bu haqda "Səhər mərkəzi" proqramında danışıb. O bildirib ki, hər həftə maaş alıb.
Pərviz qonorarının məbləğini açıqlamasa da "Yaxşı pul alırdım" cavabını verib. O bildirib ki, yarışmada ən çox maaşı "Survivor" çempionları alıb.
Qeyd edək ki, Pərviz Dominikanda baş tutan yarışmaya ehtiyatda olan iştirakçı kimi qatılmışdı. O, ilk dəfə "Survivor"da 2020-ci ildə iştirak edib.