Norveçdə əriyən buzlardan minlərlə yaşı olan ayaqqabılar üzə çıxıb. Elm adamları Jotunheimen dağlarında bugünkü Langfonne adlanan bölgədə tapılan 3000 illik ayaqqabı ilə bağlı araşdırmalarını davam etdirərkən, At Buz Yaması adlı başqa bölgədə də sandal ayaqqabı aşkar edilib.
Norveçdə iqlim böhranı səbəbiylə əriyən buzlaqlarda tapılan ayaqqabının 3000 il yaşı olduğu müəyyən edilib. Ayaqqabını araşdıran mütəxəssislər onun Norveçdə tapılan ən qədim ayaqqabı olduğunu elan ediblər. O, həmçinin Skandinaviya bölgəsində tapılan ən qədim geyim əşyası kimi də qeydə alınıb. Hesablamalara görə ayaqqabı 36-37 ölçü geyinən birinə aiddir.
Keçən həftə isə kəşfi açıqlanan Roma üslublu dəri sandalın isə 1700 yaşı olduğu müəyyən edilib.
3000 yaşı olan ayaqqabı ilkin olaraq 2007-ci ildə ortaya çıxıb. Bununla belə, qədim ayaqqabı üzərindəki araşdırmalar davam edir və yeni nəticələr əldə olunur. Son araşdırmalar ayaqqabının eramızdan əvvəl 1100-cü ilə aid olduğunu təyin edib.
Vüsal Cahanov, “İki sahil”