07 iyun 2022 02:56
1116

Tom Kruzun ən gəlirli filmi

"Top Gun: Maverick" ABŞ kinoprokatında Tom Kruzun ən çox gəlir gətirən filmi olub.

Ekran əsəri ölkədə 290 milyon dollar qazanıb.

“İki sahil” xəbər verir ki, film bu baxımdan "Doktor Strange: Madness multiverse", "Bob's Diner" və "Bad Boys" kimi filmləri qabaqlayaraq ABŞ-da kassa lideri olub.

"Top Gun: Maverick" rejissor Cozef Kosinski tərəfindən çəkilmiş və Tom Kruza dünya şöhrəti gətirən "Top Gun" (1086) filminin davamıdır.

Filmin dünya premyerası aprelin 28-də Las-Veqasda CinemaCon festivalı çərçivəsində baş tutub.