Ukraynada şiddətli döyüşlər davam edir.
“İki sahil” xəbər verir ki, yerli media müharibəyə dair yeni kadrlar yayıb.
Görüntülərdə Rusiyalı hərbçilərin minaya düşməsi əks olunub. Saytlar yazır ki, mina əvvəlcədən kəşfiyyatçılar tərəfindən işlək yola quraşdırılıbmış. Ehtimal edilir ki, partlayan simli piyada əleyhinə olan minalardan olub.
"Ukraynanın 54-cü Mexanikləşdirilmiş Briqadası tərəfindən yerləşdirilmiş mina kiçik bir dəstəni havaya uçurub. Videoda aşkar görünür ki, hərbçilər kəşfiyyatın əvvəlcədən ərazidə işlədiyini hiss etməyiblər və rahat şəkildə minalanmış yolda hərəkəti davam etdirilər", - saytlar yazıb.