İnternetdən evi üçün pulsuz mebel tapan amerikalı qadın evə gətirdiyi divanın üzərindəki yastıqlardan birini açanda gözlərinə inanmayıb.
“Independent Turkish”in xəbərinə görə, ABŞ-dan olan Vicky Umodu pulsuz aldığı divanı yoxlayarkən böyük sürprizlə qarşılaşıb. Kaliforniyalı qadın yastıqlardan birindən təxminən 36 min dollar pul tapıb.
Umodu hadisəni iyunun 2-də ABŞ-da fəaliyyət göstərən ABC7 kanalına danışıb.
Evi üçün internetdən mebel axtardığını deyən Umodu iki kreslo və bir stulun pulsuz verildiyini görüb.
O,daha sonra sözlərinə belə davam edib: “Fikirləşdim ki, bəlkə bu hiylədir.”
O, zəng vurduğu ailənin bu yaxınlarda qohumunu itirdiyini və evindəki hər şeyi dağınıq vəziyyətdə olduğunu öyrənib.
Umodu yastıqları diqqətlə nəzərdən keçirərkən, birinin içərisində nəsə olduğunu hiss edib.
Yastığı açan Umodu minlərlə dollarla qarşılaşıb: “Oğluma gəl, gəl dedim. Onları bizə verəni tapmalıyıq qışqırdım”.
Pulları sahibinə verdi
Pulu dərhal sahiblərinə çatdıran Umodu "Allah mənə və övladlarıma yaxşılıq edib. Onların hamısı sağ-salamatdır. Üç gözəl nəvəm var. Allahdan daha nə istəyə bilərəm?" deyib.
Lakin ailə bu qədər pulun divanda niyə olduğunu bilmədiklərini və mərhumun evindən dollarla dolu başqa zərflər də tapıldığı bildirib. Qeyd edək ki, şəxsiyyətləri açıqlanmayan ailə Umoduya soyuducu alması üçün 2200 dollar verib.
Vüsal Cahanov, “İki sahil”