06 iyun 2022 16:30
1174

Məşhurların həm faciəli, həm də qeyri-adi ölümləri

Dünyada hər şeyin bir  sonu olduğu kimi, insan həyatının da  mütləq sonu vardır.  Bu yazıda isə tarixə düşən məşhur insanların qeyri-adi ölüm faktlarını  təqdim edirik.

Eramızdan əvvəl 260-cı ildə  Roma imperatoru Valerian  məğlub olduqdan sonra I Şapur tərəfindən əsir götürülmüşdü. Uzunmüddətli işgəncələrdən sonra Valerianın boğazına əridilmiş qızıl tökərək öldürmüşdülər. Sonra I Şapur Roma imperatorunun dərisini soyaraq, cansız bədənini  samanla dolduraraq məbədlərin birində insanlara nümayiş etdirmişdi. Yalnız 3 əsr keçdikdən sonra Valerianın qalıqları dəfn olunmuşdu.

E.ə. 207-ci ildə yunan filosofu Xrissip eşşəyinin əncir yediyini gördükdən sonra gülməkdən ölmüşdü.

Britaniyalı yazıçı və tənqidçi Vircinya Vulf ciblərini daşla dolduraraq özünü çaya ataraq intihar edib.

1850-ci ildə ABŞ-ın 12-ci prezidenti olan Zakari Teylor tədbirlərin birində çoxlu dondurma yedikdən sonra mədəsində güclü ağrılar başlamışdı. Ağrılardan əziyyət çəkən Zakarı Teylor 5 gündən sonra vəfat etmişdi.

ABŞ yazıçısı, şair, dramaturq, nasir və ədəbi tənqidçisi Edqar Allan Po 1849-cu ilin 7 oktyabrında Baltimorda vəfat edib. Həkimlər onun quduzluğa yoluxması səbəbindən öldüyünü iddia edirlər.

Fransız şair Artur Rimbaud sifilis qurbanı olur. Onun  əvvəlcə sağ ayağı kəsilir.  Sonra qəflətən  iflic keçirən şair komaya düşür. Uzun müddət komada qaldıqdan sonra o, dünyasını dəyişir.

1941-ci ildə məşhur yazıçı Şervud Anderson məclislərin birində təsadüf nəticəsində  diş çöpü udmuşdu. Bir müddətdən sonra yazıçı mədə-bağırsaq iltihabından öldü.

 Fransız müğənni Klod Fransua su ilə dolu vannanın içərisində ola-ola tavandakı lampanı dəyişmək istəyərkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Məşhur viski içkisinin yaradıcısı Cek Deniel kombinasiyasını unutduğu seyfi açmağa çalışan zaman əsəbləşərək seyfi təpikləməyə başlayır və bu  zaman ayaq barmaqlarını qırır. Bundan bir müddət sonra o, qanda zəhərlənmədən vəfat edir.

 1942-ci ildə alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist Stefan Sveyq Braziliyada yaşayarkən  həyat yoldaşı ilə birlikdə intihar edir. Buna səbəb kimi onun Avropanın vəziyyətinə kədərlənməsi göstərilir.

 

Britaniyalı aktyor Qaret Cons səhnədə ürəyi tutub ölən personajı oynayırdı. Həmin səhnənin çəkilişi zamanı aktyorun doğrudan da ürəyi sıxılır və yerə yıxılır. Hər kəs aktyorun rola girərək yerə yıxıldığını zənn edir. Halbuki Qaret artıq   dünyasını dəyişmişdi.

 

İsveç kimyaçısı Şeelinin qəribə bir vərdişi var idi. O, ixtira etdiyi kimyəvi məhlulların dadına baxırdı. Elə onun ölümünə də qəribə vərdişi səbəb oldu. İcad etdiyi zəhərin dadına baxan kimyaçı  laboratoriyasında dünyasını dəyişmişdi.

İsveç kralı Addolf Frederik yemək yeməyi çox sevirdi və onun yeməyə olan bu sevgisi ölümünə səbəb oldu. O, 1771-ci ildə süfrədəki müxtəlif çeşidli yeməklərlə yanaşı, sevdiyi şirniyyatdan 14 ədəd yedikdən sonra ölmüşdü.

1974-cü ildə məşhur teleaparacı Kristin Çabbak apardığı verilişdə intihar edib. O, tamaşaçılara üzünü tuturaq bu sözləri deyir: “Bizim kanalımız artıq 40 ildir ki, müxtəlif xəbərləri sizə birinci çatdırıb. İndi birinin də şahidi olacaqsınız”. Teleaparıcı bu sözləri dedikdən sonra  tapançanı çıxararaq başına atəş açır.

Məşhur sehirbaz Qriqori Rasputin bir neçə insan tərəfindən zəhərlənir, lakin ölmür. Sonradan düşmənləri tərəfindən vurulan sehirbazı əskiyə bükərək çaya atırlar. Çox maraqlıdır ki, ekspertlər Rasputinin donma nəticəsində öldüyünü müəyyən ediblər.

1928-ci ildə məşhur rusiyalı həkim Aleksandr Boqdanov cavanlaşmaq uçün müxtəlif yollara əl atırdı. Apardığı təcrübələrdən birində təsadüf nəticəsində həkimə  vərəm və malyariya xəstəliyindən əziyyət çəkən insanların qanı vurulur və bir neçə müddətdən sonra o olür.

Heç bilirdinizmi ki,  məşhur rok ulduzu ayaqyolunda dünyasını dəyişib. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarkt olub.

Müasir rəqsin yaradıcısı hesab edilən İsadora Dunkanın başına örtdüyü şal onun ölümünə səbəb olur. Belə ki, 1927-ci ildə İsadoranın ipəkdən olan şalı idarə etdiyi avtomobilin sükanına ilişir. Böyük güclə boğazını sıxan şalı yanında oturan violonçel ifaçısı və gözəllik ustası onun boynundan çıxarmağa çalışsalar da, bunu bacarmırlar və rəqqasə dünyasını dəyişir.

Müğənni Uitni Hyuston isə 11 fevral 2012-ci ildə Beverli Hilsdə yerləşən «Beverly Hilton» hotelində dünyasını dəyişib. Onu vanna otağında xalası Meri Cons aşkarlayıb. Ölüm Amerika vaxtı ilə 15.55-də baş verib. Polis ölümün zorakılıq xarakterli olması ilə bağlı versiyanı dərhal rədd edib. Qeyd edək ki, 54-cü “Qremmi” mükafatlarının təqdim olunma  mərasimi məhz onun xairəsinə həsr olunmuşdu.

2003-cü ildə Alyaskada yaşayan  məşhur zooloq Timati Tredvell qulluq etdiyi ayıların biri tərəfindən parçalanmışdı.

Çin imperatoru Qin Şi Huanaq bütün ömrü boyu ölümsüzlüyün dərmanını axtarıb və məhz buna görə mənşəyi məlum olmayan dərmanlar içərək vəfat edib.

Kraliça Sunanda Kumariratana Siama onun yanında olan əyanların, qulluqçuların yanındaca dənizdə boğularaq ölmüşdü. Hökmdarın qulluqçuları ona kömək edə bilməyiblər. Çünki onların heç birinin kraliçaya toxunmaq hüquqları yox idi.

Samirə Tağıyeva, “İki sahil”