06 iyun 2022 15:45
1508

 “Vosvos"u görənlər heyrətlənirlər – Xarabalıqdan özünəməxsus görünüşə/FOTO

Müəyyən səbəblərdən atılan və istifadəsiz qalan 1968-ci il model “vosvos” limuzini Ankarada fəaliyyət göstərən bir şirkət tərəfindən gəlin maşını kimi icarəyə verilir.

Avtomobili icarəyə verən şirkətin təşkilatçısı Burak Yılmaz bildirib ki, maşın onların şirkətləri tərəfindən limuzinə çevrilib:

“Beləliklə orijinal uzunluğu 4 metr olan "vosvos" əvvəlki sahibi tərəfindən 5 metr 40 santimetrə çatdırılıb. Konya və Ankara şəhərlərində 7 aylıq təmirdən sonra avtomobili yenidən istifadəyə verilib. Limuzin "vosvos" içərisində soyuducu və televizoru olan gəlin maşınına çevrilib. Almağımıza səbəb özünəməxsus və təkrarolunmaz avtomobildir və evlənən cütlüklərin bu avtomobilə üstünlük verəcəyini düşünürük. İnsanlar adətən "vosvos"u görəndə heyrətlənirlər. Onu görən insanlar həmişə onun orijinal olub-olmaması ilə maraqlanırlar.”

Orxan Vahidoğlu, “İki sahil”