03 iyun 2022 23:07
4237

Bu gecə planetlərin paradı olacaq

Bu gecə səmada möhtəşəm mənzərəni qaçırmayın. Adi gözlə beş planeti yanaşı görmək mümkün olacaq.

“İki sahil” xəbər verir ki, Merkuri, Venera, Mars, Yupiter və Saturn bir sıraya düzüləcək. Astronomik hadisə zamanı beş planet sağdan-sola Günəş sistemində yerləşdikləri ardıcıllıqla görünəcək. Bunu hətta adi gözlə müşahidə etmək mümkün olacaq.

“Planetlərin paradı” adlanan hadisəni xüsusən iyunun 3 və 4-də sübhdən yarım saat əvvəl müşahidə etmək tövsiyə olunur - bu dövrdə Merkuri ilə Saturn arasındakı məsafə minimal olacaq.

İyunun 24-də isə Venera ilə Mars arasında Ay müşahidə olunacaq.

Qeyd edək ki, planetlərin belə düzülüşü 2004-cü ildən bəri ilk dəfə müşahidə olunacaq.