02 iyun 2022 14:47
1774

Pike Şakiraya xəyanət edib?

Ötən gün "Barselona"nın müdafiəçisi Jerar Pikenin və müğənni Şakiranın ayrılıq xəbəri yayılıb.

“İki sahil” xəbər verir ki, cütlüyün münasibətlərinə son qoymasının səbəbi isə futbolçunun ifaçıya xəyanət etməsi olub. 

İngilis mediası Pikenin komanda yoldaşı Qavinin anası ilə gizli eşq yaşadığını yazıb. Uzun müddətdir görüşən qadın və futbolçu bu münasibəti çox gizlədə bilməyib. Onların eşq macərasından xəbər tutan Şakira ayrılıq qərarı alıb. 

Pike bir müddətdir köhnə evində tək yaşayır. Futbolçu tez-tez gecə klublarında görüntülənir.