31 may 2022 23:05
1181

Hansı ölkələrdə vətəndaşlıq pulla alınır? - FOTOLAR

Malta

Malta 650 min avro müqabilində vətəndaşlıq almaq hüququ verir. Digər ölkələr arasında Malta Avropa İttifaqı vətəndaşı olmaq şansı verməsi, Şengen zonasında yerləşməsi və ABŞ-la viza müqaviləsi olması kimi üstünlükləri ilə seçilir.

Sinqapur

Əgər hesabınızda 2 milyon dollar varsa, o zaman bu ölkənin vətəndaşı ola bilərsiniz. Bununla belə, əlavə bir tələb də var: illik gəliriniz 160 milyon dollar olmalıdır. Bir az çoxdur, elə deyilmi?

Avstriya

Avstriya da pul müqabilində vətəndaşlıq hüququnu tanıyır, lakin nə qədər tələb olunduğu bilinmir, bu məlumatı gizli saxlayırlar. Puldan əlavə, sizin qeyri-adi istedadınız və ya maraqlı uğur hekayəniz olmalıdır. Bunlar Avstriyada qeyri-standart tələblərdir.

Kipr

Kipr vətəndaşlıq üçün 3 milyon avro istəyir.

Monteneqro

Əgər 500 min avronuz varsa, o zaman asanlıqla keçmiş Yuqoslaviyanın dağılmasından sonra müstəqillik qazanmış kiçik Balkan ölkəsi Monteneqronun vətəndaşı ola bilərsiniz.

Antiqua və Barbuda

Hər şeyi atıb dənizkənarı bir şəhərdə məskunlaşmaq üçün mükəmməl yerdir. Şərqi Karib dənizində və Kiçik Antil adalarının bir hissəsində yerləşən Antiqua və Barbuda vətəndaşlığı 400 min dollara satır.

Dominika

Rəsmi dili ingilis dili olan Kiçik Antil adaları dövlətinin vətəndaşlığı üçün pul tələb olunmur. Dominika iqtisadiyyatına 100 min dollar sərmayə qoymaq kifayətdir.

Dominikan Respublikası

Dominika ilə qarışdırılmaması lazım olan Dominikan Respublikasında bir subay şəxsin vətəndaşlıq alması üçün  100 min dollar tələb olunur. Əgər ailəniz və övladlarınız varsa, bu məbləğ 200 min dollardır.

Qrenada

Digər Karib adası Qrenada 100 min dollarlıq sərmayə müqabilində vətəndaşlıq hüququ bəxş edir.

Sent Kitts və Nevis

Vətəndaşlığın qiyməti bir şərtlə 250 min dollardır: iranlı olmamalısan.

İngiltərə

Böyük Britaniya vətəndaşı olmaq istəyirsinizsə, ölkəyə 5 il ərzində ən azı 1 milyon funt-sterlinqə qədər sərmayə qoymalısınız.

Makedoniya

Vətəndaşlıq almaq üçün şərtlər belədir: 400 min avro məbləğində investisiyalar və 10 Makedoniya vətəndaşının işlə təmin olunması.

Bolqarıstan

Əgər siz ən azı 1 ildir Bolqarıstanda yaşayırsınızsa və onun iqtisadiyyatına 1 milyon levaya (1,2 milyon dollar) qədər sərmayə qoymusunuzsa, vətəndaşlıq üçün müraciət edə bilərsiniz.

Albaniya

Alban vətəndaşlığını almaq üçün şərt 200 min dollarlıq sərmayədir.

Almaniya

Alman vətəndaşlığı üçün tələb olunan minimum investisiya isə 250 min avrodur. Həm də iş yerləri yaradırsınızsa, vətəndaşlıq almağınız rahat olacaq.

Qvatemala

Beş illik dövlət istiqrazlarına ən azı 50 min dollar sərmayə qoysanız, özünüzü qvatemalalı hesab edin.

Honq Konq

Asiyanın ən böyük sərbəst bazarı və limanı, sürətli ticarət, sənaye və turizm mərkəzinin vətəndaşlığını əldə etmək üçün 1 milyon 260 min dollar sərmayə qoymaq lazımdır.

Kanada

Əgər 800 min dollarlıq aktiviniz varsa və 400 min ABŞ dolları sərmayə qoymağa hazırsınızsa, sizə Kanada vətəndaşlığına zəmanət verilir.

İrlandiya

Bu ölkənin iqtisadiyyatına 500 min dollar sərmayə qoyduqdan sonra həmin Aİ ölkəsinin vətəndaşlığını almaq üçün hökumət tərəfindən müəyyən edilmiş son tarixi gözləməli olacaqsınız. Bu 3 ay və ya 5 il ola bilər.

Uruqvay

Uruqvay hökuməti vətəndaşlıq üçün inanılmaz məbləğlər tələb etmir. Sizə lazım olan tək şey yoluxucu xəstəliklərinizin olmaması və aylıq 1200 dollar gəlir əldə etməkdir. Beləcə bu ölkədə 3 il yaşadıqdan sonra onun vətəndaşı olursunuz.

Nubar Süleymanova, “İki sahil”