27 may 2022 17:47
719

İrəvanda MTX zabitləri etiraz aksiyası keçiriblər - VİDEO

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin(MTX) ehtiyatda olan zabitləri(əsasən polkovniklər-red.) hazırda MTX-nin binası qarşısında etiraz aksiyası keçirirlər. 

“İki sahil” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, etirazçılar polisin bir neçı gün əvvəl Puşkin küçəsində yaratdığı bir insidentə etiraz edirlər.

"Həmkarımın polis maşınında olduğunu gördük. Uşaqlara dedim ki, o zərəçəkən şəxsin valideynidir, ona toxunmayın!. Amma onu döyüblər, sonra da polis bölməsinə aparıblar və bir neçə saatdan sonra sərbəst buraxıblar", - deyə ehtiyatda olan polkovniklərdən biri jurnalistlərə bildirib.

O qeyd edib ki, insidentlə bağlı indiyədək heç bir rəsmi araşdırma aparılmayıb.