26 may 2022 15:31
943

Doğuşda oğlunu itirəndən sonra ilk dəfə görüntüləndi - FOTO

75-ci Kann Film Festivalında növbəti filmin təqdimatı baş tutub.

“İki sahil” xəbər verir ki, gecədə rejissor Baz Luhrmanın çəkdiyi “Elvis” filminin premyerası olub. Qırmızı xalçaya Şeron Stoun, Adriana Lima, Şakira, Kayli Minoq, İzabelle Qular və digər ulduzlar çıxıb.

Gecədə diqqət çəkən simalardan biri isə məşhur futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesin də tədbirdə iştirak etməsi olub. O, doğuşda oğlunu itirdikdən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

Filmdə əfsanəvi müğənni Elvis Preslini aktyor Ostin Batler, onun meneceri Tom Parkeri isə Tom Hanks canlandırıb.

Qeyd edək ki, Ronaldo aprelin 18-i yeni doğulan əkiz övladlarından oğlunun vəfat etdiyini açıqlamışdı.