24 may 2022 00:46
2423

“Ağıllı” kontakt linzalar qlaukomanı dərhal müalicə edəcək?

Çin mühəndisləri tərəfindən maraqlı bir iş təqdim edilib. Onlar ilk dəfə olaraq kontakt linzanın nəinki cədvəli izləyərək dərmanı gözə tökmək, həm də hər iki funksiyanı avtomatik yerinə yetirə bilməsini təmin ediblər. Artıq linza özü göz içi təzyiqin dəyişməsini izləyir və zəif cərəyanın tətbiqi səbəbindən göz almasına daxil olan və təzyiqi azaldan bir dərman buraxır.

Əvvəllər göz xəstəliklərinin müalicəsi üçün bir çox həll yolları mövcud idi, hətta müvafiq orqanlar tərəfindən dünya səviyyəsində təsdiq edilmişdir.

Ancaq bu dəfə elm adamları ilk dəfə olaraq nəinki kontakt linzanı gözün daxili təzyiqindəki cüzi dəyişikliyi kifayət qədər həssas etməyə, həm də dünyada korluğun ikinci ən böyük qlobal səbəbini müalicə etməyə nail olublar.

Qlaukoma niyə bu qədər təhlükəlidir?

Gözdəki təzyiq stress, bədən mayesinin həcmi, zaman və fiziki məşqdən asılı olaraq gün ərzində dəyişə bilər. Bu, artan göz içi təzyiqini aşkar etməyi və onunla mübarizə aparmağı çətinləşdirir. Eyni zamanda, təzyiq vizual məlumatı beyinə ötürən optik siniri tədricən zədələyir. Bu, nəticədə bütün dünyada milyonlarla insanın görmə qabiliyyətinin geridönməz itkisinə və korluğa gətirib çıxarır.

"Bu ağıllı sistem digər oftalmoloji xəstəliklərə (gələcəkdə) genişləndirilə bilən perspektivli metodologiyalar təklif edir",-deyə  Sun Yat-sen Zhongşan Universitetinin işçisi Cheng Yang bildirib.

Bu yeniliyin müəlliflərinin məqaləsi “Nature Communications” jurnalında geniş şəkildə dərc edilib.

Nubar Süleymanova, “İki sahil”