23 may 2022 18:00
1915

Dünyanın ən nəhəng  heykəli - FOTO

Hindistanın müstəqillik mübarizəsinin simvollarından biri olan Sardar Vallabhbhai Patelin heykəli Gujarat əyalətində qurulub. Məhz o, 1947-ci ildə ingilislər ölkəni tərk etdikdən sonra qalan 600 knyazlığı birləşdirdi. 31 oktyabr 2013-cü ildə hindistanlı heykəltəraş Ram Sutar 9 metrlik maket hazırlayaraq, sonradan  mühəndis hesablamaları apardıqdan sonra onu  182 metrə qədər ucaldıb . 2018-ci ildə keçirilən   açılış mərasimində ölkə rəsmiləri də iştirak ediblər. 

Beton və poladdan hazırlanan və "Vahidlik" adlandırılan abidənin hündürlüyü postamenti ilə birlikdə 240 metrdir. Heykəl ABŞ-dakı Azadlıq heykəlindən iki dəfə, Braziliyanın Rio de Janeyro şəhərindəki məşhur Həzrəti İsanın heykəlindən 4 dəfə daha böyükdür. Kənardan baxanda sanki fiqur su üzərində addımlayır. 

Beş il ərzində qurulan abidənin içərisində iki lift də quraşdırılıb. 150 metr hündürlükdə müşahidə meydançası qurulub. 

Heykəl saatda 180 km sürətlə əsən küləyə, eləcə də 7 bala yaxın zəlzələyə davamlıdır. Deyilənlərə  görə, heykəlin  üzərində 250 mühəndis, 3 mindən çox işçi çalışıb. Ən böyük heykəlin dəyərinin isə 460 milyon dollar olduğu ehtimal edilir. 

Samirə Tağıyeva, “İki sahil”