22 may 2022 09:17
785

Bu qidalar xatirəyə çevriləcək?

Planetdə iqlim dəyişikliyi nəinki müəyyən heyvan növlərinin yox olmasına gətirib çıxarır, həm də kənd təsərrüfatına ciddi ziyan vurur. Odur ki, bacardığınız qədər bu məhsullardan həzz alın, çünki onlar bizim həyatımızda mövcud olmağı dayandıra bilər.

Avokado

Avokadonun qiymətləri yüksəlir və bunun obyektiv səbəbi var. Məsələ burasındadır ki, avokadonun əsas tədarükçülərindən biri ABŞ-dır. Burada o, əsasən, son illərdə şiddətli quraqlıq yaşayan Kaliforniyada becərilir. Bu ekzotik meyvənin bir kiloqramını əldə etmək üçün bir tondan çox su tələb olunduğundan, quru dövrlərdə avokadonun yetişdirilməsi xərcləri və bununla birlikdə hazır məhsulun qiyməti artır.

Bal

Arı populyasiyası və bununla yanaşı, bal istehsalı azalmağa davam edir. Son on ildə “koloniyaların məhv edilməsi sindromu” adlanan fenomenə görə arıların sayı 40% azalıb. Arılar ekosistemin həyati bir hissəsidir və onların nəsli kəsilməsi süfrəmizdə şirin məhsulun olmamasından daha ciddi problemlər gətirə bilər.

Qəhvə

Bəli, düz oxudunuz. İqlim dəyişikliyinə görə 2080-ci ilə qədər qəhvə ağacları yer üzündən yox ola bilər. Qlobal olaraq, temperaturun yüksəlməsi qəhvə plantasiyalarına ciddi ziyan vurur. Səhər qəhvənizin ətri ilə dərindən nəfəs alın, çünki yaxın gələcəkdə çaya keçməyiniz mümkündür və düşünün ki, qəhvə içməməyin faydaları da var.

Banan

Bütün dünyada kifayət qədər məşhur olan banan növü “kavendiş” hazırda bir göbələk səbəbindən yox olmaqdadır. Bu xəstəlik bitkinin kök sistemini zədələyir, nəticədə torpaqdan kifayət qədər minerallar və su ala bilməyən bitki quruyaraq məhv olur. Təəssüflər olsun ki, bu göbələk planetdə sürətlə yayılmaqdadır və ona qarşı bir vasitə hələ tapılmayıb.

Balıq

Hazırda bütün balıq növlərinin ovu çox sürətlə aparılır. Balıqtutma sahəsində heç bir dəyişiklik edilməzsə, 2050-ci ilədək planetimizdə balıqlar tamamilə tükənə bilər.

Yer fındığı

El arasında “araxis” kimi tanınan yer fındığı bitkisi də tamamilə yox olmaq üzrədir. Onun yetişdirilməsi üçün stabil iqlim lazımdır. Bu sahənin illərlə inkişaf etdirildiyi cənub regionlar isə quraqlıqdan əziyyət çəkməkdədir.

Şokolad

Stresin qarşısını almaq üçün çox əlverişli olan bu incəliyi tezliklə itirmək ehtimalımız var. Şokolad qarşıdan gələn quraqlıqların və temperaturun yüksəlməsinin qurbanı ola bilər. Bəzi fərziyyələrə görə, 2050-ci ilə qədər şokolad plantasiyaları yox olacaq.

Bərk buğda

Bu fəlakətdir! Buna səbəb quraqlıq və istiləşmədir, xüsusilə də İtaliyada buğda artımına mənfi təsir göstərir. Buğda sahələrinin tutduğu sahə getdikcə azalmağa başlaya və həyatımızda tamamilə yox ola bilər.

Şərab

Yenə qlobal istiləşmə günahkardır. Üzümü yığmaq üçün ən yaxşı vaxt yağışdan sonradır.

Qəhvə bitdikdən sonra portağal suyuna keçə biləcəyinizi düşünürsünüzsə, o zaman sizə pis xəbərimiz var. "Sitrus yaşıllaşdırma" adlı xəstəlik portağal ağaclarına hücum edir və onunla mübarizə aparmağın yeganə yolu ağacın kök sistemi ilə birlikdə məhv edilməsidir. Xəstəlik artıq Asiya və ABŞ-da geniş yayılmışdır.

Heç nə etməsək, iqlim dəyişikliyi və onun kənd təsərrüfatına təsiri daha da pisləşəcək. “Nəsli kəsilməkdə olan” qidaların siyahısı artmağa davam edəcək. Bacardığınız qədər onlardan həzz alın, çünki çox güman ki, tezliklə onlardan yalnız xatirələr qalacaq.

Nubar Süleymanova, “İki sahil”