20 may 2022 17:26
602

Rus tankları Ukraynada tələyə belə düşür - VİDEO

Ukrayna mediası Rusiya ordusuna qarşı həyata keçirilən uğurlu əməliyyat barədə məlumat yayıb. 

“İki sahil” xəbər verir ki, saytlar hərbçilərin rus tankları və digər hərbi maşınlarını tələyə salmasını əks etdirən videonu dərc ediblər.

Qeyd edilir ki, xüsusi təyinatlılar rus hərbi kolonunun keçəcəyi yolları əvvəlcədən müəyyən edərək həmin ərazini peşəkar şəkildə minalayıtlar.

"Nəticə göz önündədir "BTR" minaya düşür və hərbçilərimiz onun yanan halını dronla lentə alaraq çəkdikləri əziyyətin bəhrəsinə tamaşa edirlər", - məqalədə yazılıb.