Azov alayının döyüşçülərinin yaxınları Prezident Rəcəb Tayyib Ərdoğana Mariupolun müdafiəçilərinin xilas edilməsinə kömək etməyə hazır olduğuna görə təşəkkür etmək üçün Türkiyəyə gediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Azov alayının döyüşçüsünün həyat yoldaşı Nataliya Zaritska feysbukda yazıb.
"Biz, “Azovstal”da qalan Mariupol Müdafiəçilərinin qohumları, yaxınlarımızın xilas edilməsi və Türkiyəyə təxliyyəsi məsələsində göstərdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək üçün İstanbula getdik", - Zaritska bildirib.
O, həmçinin qeyd edib: “Döyüşçülərin qohumları Ərdoğandan Çin lideri Sin Cinpin ilə qüvvələri birləşdirməyi və qəhrəmanlarımızı birlikdə azad etməyə kömək etməyi xahiş edirlər”.