İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Ukraynanı "Stefania" mahnısı ilə təmsil edən Kaluş Orkestra 631 xal toplayaraq müsabiqənin qalibi olub.
Müsabiqədə Azərbaycanı "Fade to black" mahnısı ilə təmsil edən Nadir Rüstəmli isə 106 səslə 16-cı olub.
***
Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsinin böyük finalında səsvermə başlayıb.
“İki sahil” xəbər verir ki, finalda Azərbaycan ən yüksək – 12 xalı Böyük Britaniyaya verib.
***
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı başlayıb.
“İki sahil” xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin finalında 25 ölkənin təmsilçiləri yarışır.
Azərbaycanı bu müsabiqədə Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə təmsil edir.
Nadir Rüstəmli müsabiqənin mayın 13-də keçirilən ikinci yarımfinalında səsvermədən sonra ilk onluğa daxil olaraq finalda mübarizə aparmağa haqq qazanıb.
Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.
Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə - İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.